21 aprel 2026. Çərşənbə axşamı

PSJ onunla maraqlanır

PSJ "Bavariya"nın müdafiəçisi Matthijs de Liqt ilə maraqlanır.


  • Transfer
  • 13:24 28.01.2024
  • Oxunma sayı: 173
PSJ onunla maraqlanır

PSJ "Bavariya"nın müdafiəçisi Matthijs de Liqt ilə maraqlanır.

90deqiqe.az xəbər verir ki,  Paris klubu Nordi Mukiele ilə yollarını ayırmağa hazırdır, lakin əvəzedici tapacağına əmin olmadığı üçün bunu etmək üçün tələsmir. Almaniya çempionu qışda futbolçu icarəyə götürəcəkdi, lakin parislilər müqaviləyə satın alma variantını daxil etmək istədikləri üçün Münhen klubu bundan imtina edərək "Qalatasaray"da çıxış edən Saşa Boey variantına seçmişdi.

Hazırda niderlandlı futbolçunun mümkün transferi ilə bağlı heç bir irəliləyiş yoxdur və "Bavariya"nın futbolçunu buraxacağı da gözlənilmir.

De Ligt 2022-ci ilin yayında "Yuventus"dan 67 milyon avroya "Bavariya"ya keçib.Bu mövsüm müdafiəçi bütün turnirlərdə 12 oyun keçirib və bir qol vurub. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 65 milyon avrodur.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro