24 oktyabr 2024. Cümə axşamı

Duqlas Kostanın yeni klubu bilindi

"Bavariya" və "Yuventus"un sabiq yarımmüdafiəçisi Duqlas Kostanın "Fluminense"yə keçidi rəsmiləşib.


  • Transfer
  • 20:20 28.01.2024
  • Oxunma sayı: 119
Duqlas Kostanın yeni klubu bilindi

"Bavariya" və "Yuventus"un sabiq yarımmüdafiəçisi Duqlas Kostanın "Fluminense"yə keçidi rəsmiləşib.

90deqiqe.az xəbər verir ki, braziliyalı futbolçu yeni klubu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməyə qol çəkib.

Bildirək ki, Kosta ilə Türkiyənin "Samsunspor" klubu da maraqlanırdı. Türkiyə təmsilçisi futbolçu ilə razılaşsa da, son anda futbolçu bu keçiddən imtina etmişdi.

33 yaşlı futbolçunun sonuncu komandası oktyabrda tərk etdiyi “Los Anceles Qalaksi” olub.Braziliyalı karyerası ərzində ümumilikdə 512 matçda iştirak edib, 76 qol vurub və 107 məhsuldar ötürmə edib. Duqlas Kosta 31 dəfə Braziliya millisində çıxış edib. O, hərəyə üç dəfə Bundesliqa və İtaliya A Seriyasının çempionluğunu qazanıb.







Transfer