- Transfer
- 18:38 24.11.2024
Transfermarkt portalı inflyasiyanı nəzərə alaraq "Barselona"nın ən bahalı satışlarının reytinqini tərtib edib.
90deqiqe.az xəbər verir ki, siyahıya başçılığı kataloniyalılardan PSJ-yə keçən (2017/18, 249 milyon avro) Neymar edir. İkinci yerdə Luiş Fiqonun "Real Madrid"ə transferidir (2000/01, 196 milyon). İlk üçlüyü Ronaldonun "İnter"ə transferi (1997/98, 187 milyon) tamamlayıb.
Həmçinin ilk beşlikdə Mikael Laudrupun "Real Madrid"ə (1994/95, 139,5 milyon) və Romarionun "Flamenqo"ya transferləri də yer alıb.