24 oktyabr 2024. Cümə axşamı

Musanın komanda yoldaşı İspaniya nəhənginə keçir

"Djurgården"in və İsveç millisinin yarımmüdafiəçisi Lukas Berqval karyerasını "Barselona"da davam etdirməyə yaxındır.


  • Transfer
  • 11:08 29.01.2024
  • Oxunma sayı: 131
Musanın komanda yoldaşı İspaniya nəhənginə keçir

"Djurgården"in və İsveç millisinin yarımmüdafiəçisi Lukas Berqval karyerasını "Barselona"da davam etdirməyə yaxındır.

90deqiqe.az xəbər verir ki, tərəflər 17 yaşlı futbolçunun transferində razılığa gəlməyə çalışır. Kataloniyalılar futbolçu üçün 7 milyon avro və 3 milyon avro bonus ödəyəcək. Müqavilə bu həftə bağlanacaq, lakin 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.

İsveç Çempionatı və Kubokunun son mövsümündə Berqvol 28 oyunda iştirak edib, 3 qol vurub, 1 assist edib və 2 sarı vərəqə alıb. Transfermarkt portalı 17 yaşlı mərkəz yarımmüdafiəçisini 5 milyon avroya qiymətləndirir. Onun İsveç təmsilçisi ilə müqavilə 2025-ci ilin yayında sona çatacaq idi.

Qeyd edək ki, Djurgården"də Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı da çıxış edir.







Transfer