24 oktyabr 2024. Cümə axşamı

“Bavariya”nın hədəfindəki üç futbolçu

Almaniyanın "Bavariya" klubunun heyətini gücləndirmək istədiyi yarımmüdafiəçilər siyahısı bəlli olub.


  • Transfer
  • 15:53 29.01.2024
  • Oxunma sayı: 168
“Bavariya”nın hədəfindəki üç futbolçu

Almaniyanın "Bavariya" klubunun heyətini gücləndirmək istədiyi yarımmüdafiəçilər siyahısı bəlli olub.

90deqiqe.az xəbər verir ki, yarımmüdafiə xəttini möhkəmləndirməyi düşünən Münhen klubu bu mövqedə üç futbolçudan birini heyətinə qatmaq istəyir.

Bu oyunçular “Fulhem”dən Joao Palhinha, “Real Sosyedad”dan Martin Subimendi və “Aston Villa”dan Ceykob Remzidir.

Klubun qarşıdakı günlərdə bu futbolçularla bağlı danışıqlara başlayacağı bildilir.

Xatırladaq ki, yay transfer pəncərəsində Münhen komandası Palhinhanı almağa yaxın idi, lakin son anda anlaşma ləğv olunub və portuqaliyalı  "Fulhem"də qalıb. 28 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 24 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Almaniya çempionatının 2023/2024 mövsümünün 19 turundan sonra "Bavariya" 47 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Bayer Leverkuzen” liderdir (49 xal).







Transfer