27 iyul 2024. Şənbə

“Qarabağ”ın rəqibi PSJ-nin futbolçusu ilə gücləndi

PSJ-nin yarımmüdafiəçisi Şer Ndurun "Braqa"ya keçidi rəsmiləşib.


  • Transfer
  • 16:24 29.01.2024
  • Oxunma sayı: 107
“Qarabağ”ın rəqibi PSJ-nin futbolçusu ilə gücləndi

PSJ-nin yarımmüdafiəçisi Şer Ndurun "Braqa"ya keçidi rəsmiləşib.

90deqiqe.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında Portuqaliya klubunda çıxış edəcək. Müqavilədə futbolçunun birdəfəlik alınma şərti yer almayıb.

İtaliya gənclər komandasının yarımmüdafiəçisi yeni klubunda 10 nömrəli formada çıxış edəcək.

Ndour PSJ-yə 2023-cü ilin yayında "Benfika"dan azad agent kimi keçib. Bu mövsüm 19 yaşlı yarımmüdafiəçi parislilərin heyətində bir qol vurduğu bütün turnirlərdə cəmi dörd natamam oyun keçirib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 4 milyon avrodur.

 







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir