27 iyul 2024. Şənbə

"Yuventus"un müdafiəçisi "MY"in hədəfində

"Yuventus"un mərkəz müdafiəçisi Bremer "Mançester Yunayted"in maraq dairəsindədir.


  • Transfer
  • 00:51 30.01.2024
  • Oxunma sayı: 83
"Yuventus"un müdafiəçisi "MY"in hədəfində

"Yuventus"un mərkəz müdafiəçisi Bremer "Mançester Yunayted"in maraq dairəsindədir.

90deqiqe.az "Calciomercato"ya istinadən xəbər verir ki,  “qırmızı şeytanlar”ın rəhbərliyi artıq Turin komandasının bossları ilə ilkin danışıqlara başlayıb. "Yuventus" braziliyalını əsas müdafiə oyunçusu hesab edir və onu 70 milyon avroya satmaqda maraqlıdır.Potensial müqavilənin gələn yaya qədər klublar tərəfindən həyata keçirilməyəcəyi qeyd olunur.

Bremer 2022-ci ilin yayında 44 milyon avroya "Torino"dan "Yuventus"a keçib.Bu mövsüm müdafiəçi "Biankoneri"nin heyətində bütün turnirlərdə 23 oyun keçirib və iki qol vurub. Futbolçunun Turin klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 50 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir