- Transfer
- 18:38 24.11.2024
"Nyukasl"ın yarımmüdafiəçisi Migel Almiron ən azı yaya qədər İngiltərə klubunda qalacaq.
90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O, "Əl-Şəbab"ın hələ də paraqvaylı yarımmüdafiəçini almaq üçün "sağsağanlar"a rəsmi təklif göndərmdiyini bildirib. Səudiyyə Ərəbistanında transfer pəncərəsi çərşənbə axşamı, yanvarın 30-da bağlanır.
Bildirilir ki, “Əl-Şəbab” rəhbərliyinin belə bir qərarı böyük ehtimalla “Sevilya”nın yarımmüdafiəçisi İvan Rakitiçin transferini tez bir zamanda başa çatdırmaq istəyi ilə bağlıdır.
Almiron 2018-ci ildən "Nyukasl"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə "qırxlar" üçün 32 oyun keçirib, beş qol və üç məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 30 milyon avrodur.