- Transfer
- 18:38 24.11.2024
"Betis"in hücumçusu Luis Enrike karyerasını "Botafoqo"da davam etdirəcək.
90deqiqe.az xəbər verir ki, braziliyalı futbolçu bu gün tibbi müayinədən keçmək və müqaviləni tamamlamaq üçün Braziliyaya uçub.Bu transfer "Botafoqo"ya 20 milyon avroya başa gəlib. Bu isə Braziliya klubu tarixində rekord alış deməkdir.
Luis Enrike 2022-ci ilin yayında "Fluminense"dən "Betis"ə keçib. Bu mövsüm cinah yarımmüdafiəçisi bütün turnirlərdə 21 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı 23 yaşlı futbolçuya 12 milyon avro qiymət qoyub.