- Transfer
- 18:38 24.11.2024
Xavi mövsümün sonunda istefa verdiyini elan etdikdən sonra "Barselona" yeni baş məşqçi axtarışına çıxıb. Gənc mütəxəssis bu sözləri “mavi qranatlılar”ın “Vilyarreal”a 3:5 hesabı ilə uduzduğu fəlakətli oyundan sonra deyib.
90deqiqe.az "El Chiringuito TV"-nin məlumatına görə, "Barselona"nın prezidenti Joan Laporta Xosep Qvardiolanı yenidən məşqçi vəzifəsinə qaytarmağı xəyal edir. O, 2008-2012-ci illərdə komanda ilə çalışıb və üç çempionluq və iki Çempionlar Liqası kuboku da daxil olmaqla çoxsaylı titullar qazanıb. Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır və onun hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Laportanın Qvardiolanı Xavini əvəzləməyə inandırmaq şansının nə olduğunu söyləmək çətindir.