8 sentyabr 2024. Bazar günü

"Beşiktaş" istəyirdi, yeni klubu bəlli oldu

Braziliyalı müdafiəçi Qabriel Paulista "Atletiko Madrid"ə keçməyə yaxındır.


  • Transfer
  • 10:44 31.01.2024
  • Oxunma sayı: 100
"Beşiktaş" istəyirdi, yeni klubu bəlli oldu

Braziliyalı müdafiəçi Qabriel Paulista "Atletiko Madrid"ə keçməyə yaxındır.

90deqiqe.az xəbər verir ki,  33 yaşlı futbolçunun "Valensiya" ilə müqaviləsini ləğv edəcək və bu mövsümün sonuna kimi Madriddən klubda çıxış edəcək.

"Beşiktaş" da oyunçu üçün təklif göndərdi, lakin "Atletiko Madrid" Xose Ximenezin zədəsi səbəbindən onunla mübarizəyə qoşulub və futbolçu ilə razılığa gəlib.

"Yarasalar" müdafiəçini İstanbul klubuna göndərməyi üstün tutsa da, maaş hesabını yüngülləşdirmək üçün onun "Atletiko"ya keçidinə mane olmayacaq.

Paulista 2017-ci ildə "Arsenal"dan "Valensiya klubuna keçib.Onun komanda ilə müqaviləsi bu ilin yayında başa çatır.Qabriel bu mövsüm "yarasalar"ın heyətində 19 matçda iştirak edib.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda