27 iyul 2024. Şənbə

"Çelsi"nin hücumçusu bu komandaya keçir?

"Fulhem" hazırda "Çelsi"nin hücumçusu Armando Broyanı transfer etmək üçün danışıqlar aparır.


  • Transfer
  • 21:25 31.01.2024
  • Oxunma sayı: 73
"Çelsi"nin hücumçusu bu komandaya keçir?

"Fulhem" hazırda "Çelsi"nin hücumçusu Armando Broyanı transfer etmək üçün danışıqlar aparır.

90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, “ağ-qaralar”ın 22 yaşlı forvardı bu mövsümün sonuna qədər icarəyə götürmək istədiyini və londonlulara da müqaviləyə birdəfəlik alma variantını daxil etməyi təklif eetdiyini bildirib.

"Zadəganlar"ın isə alban oyunçunu müvəqqəti göndərməkdə maraqlı olmadığı bildirilir. London klubu ötən gün "Vulverhempton"un oxşar təklifini rədd etmişdi.

Albaniyalı 2009-cu ildən "Çelsi"də çıxış edir. Bu mövsüm forvard "mavilər"in heyətində bütün turnirlərdə 18 oyun keçirib və iki qol vurub. Futbolçunun London klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 28 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir