24 oktyabr 2024. Cümə axşamı

"Ayntraxt"ın futbolçusu İngiltərə nəhənglərinin hədəfində

Frankfurt "Ayntraxt"ının yarımmüdafiəçisi Uqo Larsson İngiltərə Premyer Liqasının nəhənglərindən birinə keçə bilər.


  • Transfer
  • 22:08 31.01.2024
  • Oxunma sayı: 84
"Ayntraxt"ın futbolçusu İngiltərə nəhənglərinin hədəfində

Frankfurt "Ayntraxt"ının yarımmüdafiəçisi Uqo Larsson İngiltərə Premyer Liqasının nəhənglərindən birinə keçə bilər.

90deqiqe.az "Get German Football News"a istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun transferi üçün “Arsenal” və “Liverpul” klubları yarışır. Adıçəkilən komandalar yay transfer pəncərəsi zamanı Larssonu almağa çalışacaq. "Ayntraxt" gənc yarımmüdafiəçi üçün nə az, nə çox, 80 milyon avro ödənilərsə yollarını ayırmağa hazırdır.

Larsson ötən yay 9 milyon avroya Malmödən Frankfurt-a keçib.Bu mövsüm yarımmüdafiəçi Frankfurt yığmasının heyətində bütün turnirlərdə 26 oyun keçirib və 2 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 28 milyon avrodur.







Transfer