27 iyul 2024. Şənbə

Karlos Alkaras rəsmən "Yuventus"da - RƏSMİ

"Sauthempton"un mərkəz yarımmüdafiəçisi Karlos Alkaras "Yuventus"a keçidi rəsmiləşib.


  • Transfer
  • 23:57 31.01.2024
  • Oxunma sayı: 137
Karlos Alkaras rəsmən "Yuventus"da - RƏSMİ

"Sauthempton"un mərkəz yarımmüdafiəçisi Karlos Alkaras "Yuventus"a keçidi rəsmiləşib.

90deqiqe.az xəbər verir ki, argentinalı futbolçu mövsümün sonuna qədər icarə əsasında turinlilərdə çıxış edəcək. "Qoca sinyora" icarə haqqı üçün qarşı tərəfə 3,7 milyon avro ödəyəcək və mövsümün sonunda İtalyan klubu istəsə, argentinalını 49,5 milyon avroya birdəfəlik ala biləcək.

21 yaşlı futbolçu Londonda tibbi müayinədən uğurla keçib və fevralın 1-i müqavilə imzalamaq üçün Turinə gedəcək.

Alkaras ötən qış "Argentine Racing"dən 13,65 milyon avroya "Sauthempton"a keçib.Bu mövsüm yarımmüdafiəçi "Müqəddəslər"in heyətində bütün turnirlərdə 26 oyun keçirib və bu oyunda 4 qol və 3 məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir