24 oktyabr 2024. Cümə axşamı

Haaland bu mükafatı qazanmaq üçün "Real"a keçir

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland "Real"a keçmək istəyir.


  • Transfer
  • 09:38 01.02.2024
  • Oxunma sayı: 97
Haaland bu mükafatı qazanmaq üçün "Real"a keçir

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland "Real"a keçmək istəyir.

90deqiqe.az xəbər verir ki, norveçlini bu qərara vadar edən əsas hadisə Lionel Messinin FİFA-dan The Best mükafatını alması olub.

Haaland inanır ki, "Real Madrid"ə keçsə, fərdi mükafatlar qazanacaq, amma "Mançester Siti"də qalsa, bu baş verməyəcək.

Xatırladaq ki, 23 yaşlı futbolçunun "şəhərlilər" ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

Bu mövsüm norveçli "Mançester Siti"nin heyətində bütün turnirlərdə 23 oyun keçirib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer