- Transfer
- 18:38 24.11.2024
"Roma" və "Napoli"nin sabiq müdafiəçisi Kostas Manolas İtaliyaya qayıtmağa yaxındır.
90deqiqe.az xəbər verir ki, "Verona" klubu yunan futbolçunu transfer etmək niyyətindədir. Hazırda tərəflər arasında danışıqlar müsbət şəkildə irəliləyir və 32 yaşlı futbolçunun özü də yenidən A Seriyada çıxış etməyə müsbət yanaşdığı bildirilir.
Xatırladaq ki, Manolas "Əl-Şarja"dan ayrıldıqdan sonra hazırda azad agent statusundadır. Futbolçu demək olar ki, bir il yarım Birləşmiş Ərəb Əmirliklərində keçirib. Kostas "Roma"nın tərkibində 2017/18 mövsümündə Çempionlar Liqasının yarımfinalına yüksəlib. Mərkəz müdafiəçisi ən çox eyni püşkatma ilə Çempionlar Liqasının 1/4 finalında “Barselona”ya vurduğu qələbə qolu ilə yadda qalıb.