27 iyul 2024. Şənbə

"Real" Mbappenin transferini bu gün açıqlayır? - VİDEO - FOTOLAR


  • Transfer
  • 10:07 02.02.2024
  • Oxunma sayı: 99
"Real" Mbappenin transferini bu gün açıqlayır? - VİDEO - FOTOLAR

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe karyerasını "Real Madrid"də davam etdirəcək.

90deqiqe.az xəbər verir ki, "Kral Klubu"nun mətbuat xidməti sosial şəbəkədə 2 fevral tarixini, həmçinin “yeni” yazısını əks etdirən video yayımlayıb.

Qeyd edək ki, Real Madrid videosunda Pasxa yumurtası var. Videoda kiçik tısbağanın təsvir olunduğu kölgə parçası var. Qeyd edək ki, PSJ-nin hücumçusu Kilian Mbappe oxşar görünüşünə görə dəfələrlə məşhur animasiya serialı və filmindəki Ninja Tısbağası ilə müqayisə edilib.

Mbappe 2018-ci ilin iyulunda PSJ-yə keçib. Transfer məbləği 180 milyon avro olub.Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Real Madrid fransalı futbolçunu azad agent kimi almağı planlaşdırır. Bu mövsüm Kilian bütün yarışlar da daxil olmaqla 27 oyun keçirib, 28 qol vurub və 6 məhsuldar ötürmə edib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir