- Transfer
- 23:53 01.11.2024
Türkiyənin “Qalatasaray” klubu futbolçusu Sedrik Bakambu karyerasını “Betis”də davam etdirəcək.
90deqiqe.az xəbər verir ki, hər iki klub rəsmi saytı vasitəsilə keçidi açıqlayıb.
La Liqa təmsilçisi Bakambu üçün “cim-bom”a 5 milyon avro ödəyib. İstanbul nəhəngi konqolu futbolçunun performansına uyğun daha 5 milyon avro bonus qazana bilər. 32 yaşlı oyunçu “Betis” ilə 2,5 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Sedrik Bakambu “Qalatasaray”a 2023-cü ilin yayında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan keçib.
Türkiyə çempionatı və Çempionlar Liqasının cari mövsümündə Konqo Demokratik Respublikasının millisinin üzvü 16 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı 32 yaşlı hücumçuya 2,8 milyon avro qiymət qoyub.