24 oktyabr 2024. Cümə axşamı

"Bavariya"nın Mudrik planı baş tutmayıb

“Çelsi”nin cinah oyunçusu Mixail Mudrik Almaniya çempionatında çıxış edə bilər. 


  • Transfer
  • 18:56 02.02.2024
  • Oxunma sayı: 104
"Bavariya"nın Mudrik planı baş tutmayıb

“Çelsi”nin cinah oyunçusu Mixail Mudrik Almaniya çempionatında çıxış edə bilər. 

90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist David Ornşteyn şəxsi sosial şəbəkə hesabında yazıb.

O,  "Bavariya"nın ukraynalını icarəyə götürmək variantını nəzərdən keçirsə də, son nəticədə "Qranada"dan Brayan Saraqosanın vaxtından əvvəl geri çağrılmasına üstünlük verdiyini bildirib.

Mudrik bir il əvvəl "Şaxtyor"dan "Çelsi"yə keçib. Transfer məbləği 70 milyon avro olub, daha 30 milyonu isə bonus olaraq verilir. Bu mövsüm Mixail "mavilər"in heyətində 25 oyun keçirib, o, dörd qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer