27 iyul 2024. Şənbə

"Qalatasaray" Vinisiusu transfer etdi - KLUB AÇIQLADI


  • Transfer
  • 21:45 02.02.2024
  • Oxunma sayı: 216
"Qalatasaray" Vinisiusu transfer etdi - KLUB AÇIQLADI

24-cü turda "Samsunspor" səfərinə yollanan "Qalatasaray" matçdan bir neçə dəqiqə öncə yeni transferləri barəsində məlumat yayıb. 

90deqiqe.az xəbər verir ki, klub ötən gün transferini dayandırdığını açıqlayan sağ cinah müdafiəçisi Serj Oryeni və hücumçu Karlos Vinisiusu heyətinə qatdığını söyləyib.  Serj Oryenin son iş yeri "Notinqem Forres"dir. 

25 mart 1995-ci ildə Braziliyanın "Bom Cesus-das Selvas" şəhərində anadan olan Karlos Vinisiusun hekayəsi isə tam başqadır. Karyerasına "Santos"da start verən Karlos daha sonra “Palmerias”a keçib. Avropada ilk macərasına Portuqaliyanın “Real” komandasında başlayan Vinisius "Napoli"yə transfer olunub və bəzi komandalara icarəyə verildikdən sonra  "Benfika"ya keçib.  "Benfika"dan icarə əsasında "Tottenhem"ə keçən 28 yaşlı mərkəz hücumçusu bir mövsümdən sonra Portuqaliya komandasına qayıdıb və bu dəfə PSV Eyndhovenə icarəyə verilib. 

"Fulhem" futbolçunu 2022/23 mövsümündə transfer etmək istəsə də, bu transfer 5 milyon avroya reallaşıb. 

Doğulduğu ölkəni yox İngiltərə milisini seçən forvard, İngiltərə yığmasında 48 oyuna çıxıb,  8 qol vurub, 3 məhsuldar ötürmə edib.  Karyerası boyunca 232 matça çıxan Vinisius 85 qol vurub və 35 məhsuldar ötürmə ilə yadda qalıb. 

2019/20 mövsümündə vurduğu 18 qolla Portuqaliya Liqasının bombardiri olan Vinisius 1 dəfə Hollandiya kuboku, 1 dəfə Hollandiya Superkuboku və 1 dəfə Portuqaliya Superkubokunun qalibi olub. 







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir