24 oktyabr 2024. Cümə axşamı

"Yuventus" "Latsio"nun vingeri ilə danışıqlar aparır

"Yuventus" "Latsio"nun yarımmüdafiəçisi Felipe Andersonu transfer etmək niyyətindədir.


  • Transfer
  • 13:05 03.02.2024
  • Oxunma sayı: 63
"Yuventus" "Latsio"nun vingeri ilə danışıqlar aparır

"Yuventus" "Latsio"nun yarımmüdafiəçisi Felipe Andersonu transfer etmək niyyətindədir.

90deqiqe.az xəbər verir ki, turinlilərin hədəfi futbolçunu azad agent kimi heyətə qatmaqdır.

Bildirilir ki, “Yuventus” yaxın günlərdə Andersonun agenti kimi çalışan bacısı ilə yeni əlaqələri nəzərdən keçirməyi planlaşdırır. Turin klubu braziliyalını yayda pulsuz transfer etmək istəyir.

Öz növbəsində “Latsio” da braziliyalıya 3,5 milyon avro maaşla müqaviləsini uzatmağı təklif edib.

Xatırladaq ki, 30 yaşlı vingerin romalılarla müqaviləsi iyunun 30-da başa çatır. Transfermarkt internet portalına görə oyunçunun təxmini dəyəri 10 milyon avrodur.

Bu mövsüm klub üçün bütün yarışlarda Anderson 30 oyun keçirib, iki qol vurub və yeddi məhsuldar ötürmə verib.







Transfer