27 iyul 2024. Şənbə

"Lion" milli üzvü ilə gücləndi

"Vest Hem"in hücumçusu Mohamed Benrahma karyerasını "Lion"da davam etdirəcək.


  • Transfer
  • 13:52 03.02.2024
  • Oxunma sayı: 77
"Lion" milli üzvü ilə gücləndi

"Vest Hem"in hücumçusu Mohamed Benrahma karyerasını "Lion"da davam etdirəcək.

90deqiqe.az xəbər verir ki, Olimpik təmsilçisi əlcəzairli futbolçunu icarə əsasında heyətinə qatıb.

Fransa təmsilçisi icarə üçün qarşı tərəfə 6 milyon avro ödəyib və 14,4 milyon avro qarşılığında birdəfəlik almaq hüququna sahibdir. Bundan əlavə, londonlular oyunçunun gələcək satış dəyərinin 10%-ni ödəyəcəklər. 

Bu mövsüm Benrahma bütün turnirlərdə 22 oyun keçirib, bir məhsuldar ötürmə edib və 2 vərəqə (sarı və qırmızı) alıb. Onun "Vest Hem"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalı 28 yaşlı vingeri 22 milyon avro dəyərində qiymətləndirib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir