24 oktyabr 2024. Cümə axşamı

MY ona yeni müqavilə təklif edəcək

"Mançester Yunayted" yarımmüdafiəçisi Kobbi Mineyə yeni müqavilə təklif edəcək.


  • Transfer
  • 15:05 03.02.2024
  • Oxunma sayı: 102
MY ona yeni müqavilə təklif edəcək

"Mançester Yunayted" yarımmüdafiəçisi Kobbi Mineyə yeni müqavilə təklif edəcək.

90deqiqe.az xəbər verir ki,  buna səbəb futbolçunun Premyer Liqanın 22-ci turunun “Vest Hem”lə matçda vurduğu qələbə qolu olub.

"Qırmızı şeytanlar"ın məşqçilər heyəti hesab edir ki, Mine tez bir zamanda əsas komandaya uyğunlaşıb və komandanın gələcəyi üçün mühüm rol oynaya bilər.

18 yaşlı yarımmüdafiəçi mankunianlıların yetirməsidir. Bu mövsüm bütün turnirlərdə 13 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Transfermarkt portalı ingilis futbolçunu 6 milyon avroya qiymətləndirir.







Transfer