11 aprel 2026. Şənbə

Atletiko'dan Barcelona'ya etiraz bəyanatı


  • Transfer
  • 19:57 12.07.2019
  • Oxunma sayı: 553
Atletiko'dan Barcelona'ya etiraz bəyanatı

Atletiko bu gün Barcelona'ya transfer olunan  Antuan Qrizmannla bağlı etiraz bəyanatı yayıb.

Corner.az-ın klubun saytına istinadən xəbər verir ki, bəyanatda 28 yaşlı hücumçu ilə müqavilənin bəndinə əsasən, iyulun 1-dən təzminat qiymətinin 200 milyon avrodan 120 milyon avroya düşdüyü bildirilib. Kataloniya təmsilçisinin son məbləği ödəyərək fransalı futbolçunun aldığı vurğulanıb.

Ancaq Madrid klubu bildirir edir ki, "Barcelona" iyulun 1-nə kimi Qrizmannla transfer məsələsi ilə bağlı razılaşmaya nail olub. Buna görə klub 200 milyon avro təzminat tələb edir. "Atletiko"nun bununla əlaqədar məhkəmə müraciət etmək barədə də düşünür.

Qeyd edək ki, Qrizmann bu gün Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”