- Transfer
- 18:38 24.11.2024
"Çelsi"nin cinah oyunçusu Mixail Mudrik "Bavariya"nın ona maraq göstərdiyi etiraf edib.
90deqiqe.az-ın məlumatına görə, ukraynalı oyunçu sosial şəbəkə hesabında Münhen klubunun Kinqsli Komanın zədəsi səbəbindən onu yanvarda icarəyə götürmək istədiyini bildirib.
"Bildiyim qədər, "Bavariya" agentimlə əlaqə saxlayıb".
Daha əvvəl bildirilmişdi ki, Münhen komandası diqqətlərini Mudrikə yönəldəndə zədəli Kinqsli Komanın yerinə oyunçu axtarırdı. Nəticədə Münhen klubunun rəhbərliyi "Qranada"ya icarə göndərdiyi Brayan Saraqosanı vaxtından əvvəl geri çağırıb.
Bu mövsüm Mudryk "Mavilər"in heyətində bütün turnirlərdə 25 oyun keçirib və bu matçlarda dörd qol və bir məhsuldar ötürmə edib.Onun londonlularla hazırkı əmək müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.Nüfuzlu “Transfermarkt” internet portalı 22 yaşlı futbolçunun bazar dəyərini 40 milyon avro qiymətləndirir.