27 iyul 2024. Şənbə

Fernandeş ərəblərin fantastik təklifini RƏDD ETDİ

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş Səudiyyə Ərəbistanından kluba keçməkdən imtina edib.


  • Transfer
  • 13:49 04.02.2024
  • Oxunma sayı: 83
Fernandeş ərəblərin fantastik təklifini RƏDD ETDİ

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş Səudiyyə Ərəbistanından kluba keçməkdən imtina edib.

90deqiqe.az-ın məlumatına görə, “Əl İttihad” portuqaliyalıya nəhəng təklif etsə də, futbolçu bunu qəbul etməyib.

Futbolçu hələ də Avropada, eləcə də “Mançester Yunayted”də yüksək səviyyədə çıxış edə biləcəyinə inandığı üçün bu addımı atıb.

Bu mövsüm 29 yaşlı futbolçu "MY"in heyətində bütün turnirlərdə 30 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.Onun "qırmızı şeytanlar"la hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.Nüfuzlu “Transfermarkt” internet portalı Brunonun bazar dəyərini 70 milyon avro qiymətləndirir.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir