- Transfer
- 18:38 24.11.2024
"Mançester Yunayted" və "Mançester Siti" "Kristal Pelas"ın yarımmüdafiəçisi Maykl Olize ilə maraqlanır.
90deqiqe.az-ın məlumatına görə, “şəhərlilər” futbolçunu yay üçün əsas transfer hədəfi hesab edir və böyük məbləğdə təklif hazırlayır. İngiltərə çempionlarının 60 milyon funt sterlinq və ya daha çox pul ödəyəcəyi bildirilir.
Ötən il "Çelsi" yarımmüdafiəçi üçün müraciət etsə də, fransalı oyunçu hazırkı klubu ilə müqaviləsini uzadıb.
Bu mövsüm 22 yaşlı futbolçu "Kristal Pelas"ın heyətində bütün turnirlərdə 11 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.Onun komandası ilə hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.Nüfuzlu “Transfermarkt” internet portalı Olizenin bazar dəyərini 50 milyon avro qiymətləndirir.