27 iyul 2024. Şənbə

PSJ Mbappeyə əvəzləyici tapdı

"Napoli"nin hücumçusu Viktor Osimhen yayda PSJ-yə keçə bilər.


  • Transfer
  • 09:54 05.02.2024
  • Oxunma sayı: 82
PSJ Mbappeyə əvəzləyici tapdı

"Napoli"nin hücumçusu Viktor Osimhen yayda PSJ-yə keçə bilər.

90deqiqe.az xəbər verir ki, Paris klubu nigeriyalı forvardı "Real Madrid"ə keçəcəyi gözlənilən Kilian Mbappeyə əvəzləyici olaraq görür.

Parislilər 25 yaşlı futbolçunun müqaviləsində göstərilən 130 milyon avroluq kompensasiya məbləğini ödəməyə hazırdır. Futbolçunun xidmətində "Çelsi" də maraqlıdır.

Osimhen 2020-ci ildən "Napoli"də çıxış edir. Bu mövsüm forvard partenopeylilərin heyətində bütün turnirlərdə 18 oyunda iştirak edib, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçu neapollular ilə müqaviləsini 2026-cı ilin iyunun sonuna kimi uzadıb. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir