24 oktyabr 2024. Cümə axşamı

"Qalatasaray" qərar verdi - qalır? ya gedir?


  • Transfer
  • 10:36 05.02.2024
  • Oxunma sayı: 137
"Qalatasaray" qərar verdi - qalır? ya gedir?

Son həftələr "Qalatasaray"dakı çıxışı ilə adı transfer söz-söhbətlərində hallanan Barış Alper Yılmazın talibləri artmaqdadır. Digər tərəfdən, "Qalatasaray" Barış Alper Yılmazla yeni müqavilə imzalamağa hazırlaşır.

90deqiqe.az xəbər verir ki, İtaliya komandalarının sınaqdan keçirdiyi Barış Alper Yılmaz üçün İngiltərə komandaları da mübarizəyə atılıb. 

Digər tərəfdən, Avropada bir çox komandanın marağında olan Barış Alper Yılmaz üçün "Qalatasaray" ciddi addım atmaq niyyətindədir. "Sarı-qırmızılar" 2027-ci ilə qədər müqaviləsi olan 23 yaşlı futbolçunun maaşını yaxşılaşdırmağı planlaşdırır.

Bu mövsüm bütün yarışlarda 36 matça çıxan Barış Alper Yılmaz 3 qol və 5 məhsuldar ötürmə ilə hesaba töhfə verib.







Transfer