11 aprel 2026. Şənbə

Qrizmann sabiq klubuna 24 milyon qazandırdı


  • Transfer
  • 12:36 13.07.2019
  • Oxunma sayı: 462
Qrizmann sabiq klubuna 24 milyon qazandırdı
"Atletiko"nun hücumçusu Antuan Qrizmannın "Barcelona"ya keçidi "Real Sosyedad"a da pul qazandırıb.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun sabiq komandası bu transferdən 24 milyon avro gəlir götürəcək. Buna səbəb fransalı hücumçunun 2014-cü ilin yayında "Real Sosyedad"dan "Atletiko"ya keçidi zamanı müqaviləsində yer alan maddədir. Həmin maddəyə əsasən, Madrid təmsilçisi futbolçunu başqa kluba satarsa, məbləğin 20 faizi keçmiş klubuna çatmalıdır. Bu isə o deməkdir ki, "Barcelona"nın Qrizmann üçün ödəyəcəyi 120 milyon avroluq təzminatın 24 milyonu "Real Sosyedad"ın hesabına köçürəcək

Qeyd edək ki, Qrizmann "Atletiko"ya 30 milyon avro qarşılığında transfer edilmişdi.





Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”