- Transfer
- 18:38 24.11.2024
"Portu"nun yarımmüdafiəçisi Marko Qrujiç karyerasını Türkiyənin "Beşiktaş" klubunda davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, İstanbul təmsilçisi transferi başa çatdırmaq üçün bu gün serbiyalı oyunçunun təmsilçisi ilə görüş keçirməyi planlaşdırır.
Qrujiç “Srvena Zvezda”nın yetirməsidir və məhz həmin klubdan “Liverpul”a keçib, lakin oyunçu Mersisayd klubunda mövqe qazana bilməyib. Bu səbəbdən Marko "Kardiff Siti"yə, iki dəfə "Herta" və "Portu"ya icarəyə verilib və 2022-ci ilin yayında Portuqaliya komandası onu birdəfəlik alıb.
Bu mövsüm 27 yaşlı oyunçu bütün turnirlərdə 13 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.
Xatırladaq ki, Türkiyə klubu zədəli yarımmüdafiəçi Əmir Hacıəhmetoviçə əvəzləyici axtarır.