27 iyul 2024. Şənbə

"Real" Mbappeni tezliklə açıqlayacaq

PSJ-nin hücumçusu Kilian Mbappenin "Real"a transferi yaxın vaxtlarda baş tuta bilər.


  • Transfer
  • 21:51 05.02.2024
  • Oxunma sayı: 88
"Real" Mbappeni tezliklə açıqlayacaq

PSJ-nin hücumçusu Kilian Mbappenin "Real"a transferi yaxın vaxtlarda baş tuta bilər.

90deqiqe.az xəbər verir ki, bu  barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

“Hazırda Kilian Mbappe PSJ, "Real Madrid" və ya başqa klublarla müqavilə imzalamayıb. Onun keçidi tezliklə baş tuta bilərmi? Bəli, müqavilədə iştirak edən bütün tərəflər Mbappenin tezliklə əlaqə saxlaya biləcəyinə inanır.Mən hələ də bu transferin tarixini bilmirəm, lakin PSJ və "Real Madrid"dəki vəziyyətlə tanış olan mənbələrə danışarkən çoxları əmindir ki, transferlə bağlı qərar tezliklə verilə bilər.”

Qeyd edək ki, bir müddət əvvəl "Real Madrid"in prezidenti Florentino Peres Mbappenin "Real Madrid"ə mümkün transferindən danışmışdı.

Bu mövsüm fransız forvard Liqa 1-də PSJ-nin heyətində 19 oyun keçirib, 20 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir