24 oktyabr 2024. Cümə axşamı

Xabi Alonso "Çelsi"ni çalışdıra bilər

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettinonun gələcəyi şübhə altındadır.


  • Transfer
  • 22:27 05.02.2024
  • Oxunma sayı: 145
Xabi Alonso "Çelsi"ni çalışdıra bilər

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettinonun gələcəyi şübhə altındadır.

90deqiqe.az xəbər verir ki,  argentinalı mütəxəssis qovulacağı təqdirdə “mavilər” “Bayer”in çalışdırıcısı Xabi Alonsoya təklif göndərmək niyyətindədir.

"Çelsi"nin həmsahibi Behdad Eqbali ispaniyalının məşqçilik keyfiyyətlərini yüksək qiymətləndirir və Todd Boeli hələ Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.

51 yaşlı çalışdırıcının londonlularla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Onun rəhbərliyi altında "zadəganlar" 31 matça çıxıb, bunlardan 15-də qələbə, 5-də heç-heçə və 11-də məğlub olub.







Transfer