Barcelona'dan PSG-yə Neymar üçün fantastik təklif
-
Transfer
-
13:39 13.07.2019
-
Oxunma sayı: 776
Barcelona PSG-dən ayrılmaq istəyən Neymarı transfer etməyə hazırlaşır.Corner.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı futbolçu üçün qarşı tərəfə 130 milyon avro və 3 futbolçu verməyə hazırdır. İddiaya görə, Barcelona Paris klubuna Filippe Koutinyo, Usman Dembele, Nelson Semedo və Samuel Umtitini təklif edəcək. Qeyd edək ki, braziliyalı hücumçu 2017-ci ilin yayında 222 milyon avro qarşılığında transfer olunub.