24 oktyabr 2024. Cümə axşamı

Varan Ronaldo ilə yenidən komanda yoldaşı ola bilər

"Mançester Yunayted”in müdafiəçisi Rafael Varan karyerasını "Əl-Nəsr"də davam etdirə bilər.


  • Transfer
  • 12:05 06.02.2024
  • Oxunma sayı: 107
Varan Ronaldo ilə yenidən komanda yoldaşı ola bilər

"Mançester Yunayted”in müdafiəçisi Rafael Varan karyerasını "Əl-Nəsr"də davam etdirə bilər.

90deqiqe.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu fransız futbolçuya ildə 50 milyon funt-sterlinq ödəməyə hazırdır.

"Qırmızı şeytanlar" futbolçuların maaşlarını azaltmaq üçün oyunçunu buraxmağa razıdır.

Xatırladaq ki, "Əl Nəsr"də Varanın keçmiş komanda yoldaşı Kriştiano Ronaldo da çıxış edir.

Qeyd edək ki, Rafael Varan “Mançester Yunayted”ə 2021-ci ilin yayında 40 milyon avro qarşılığında “Real”dan keçib.Onun komanda ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.Varan bu mövsüm Mançester klubunun heyətində 21 matçda iştirak edib və 1 qol vurub.







Transfer