- Transfer
- 00:12 30.06.2026
“Monaco” klubu hücumçusu Radamel Falcaonun gələcəyi ilə bağlı açıqlama verilib.
Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, klubdakı gələcəyi sual altında olan kolumbiyalı futbolçu haqqında danışan “knyazlıq klubu”nun idman direktoru Oleq Petrov, bunları deyib:“Falcaonun klubla daha bir illik müqaviləsi var. O, bizim üçün çox vacib futbolçudur.Ancaq onu təkcə Çindən deyil, Avropadan da istəyən klublar var. Nə olacağını görəcəyik. Bəlkə də, o, mövsümü burda bitirəcək”.