- Transfer
- 18:38 24.11.2024
"Napoli"nin yarımmüdafiəçisi Piotr Zielinski karyerasını "İnter"də davam etdirəcək.
90deqiqe.az xəbər verir ki, "neradzura" polşalı futbolçu və onun nümayəndələri ilə azad agent kimi keçidlə bağlı razılığa gəlib.
"İnter"in müqaviləni bu ayın sonuna qədər elan etməyi planlaşdırır.
Bildirilir ki, milanlılar azad agent kimi "Porto"nun hücumçusu Mehdi Taremi də heyətinə qatacaq.
Zielinski 2016-cı ildən "Napoli"də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi partenopeylilərin heyətində bütün turnirlərdə 26 oyun keçirib və 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 30 milyon avrodur.
Taremi 2020-ci ildən "Porto"da çıxış edir. Bu mövsüm forvard "Əjdahalar"ın heyətində bütün turnirlərdə 25 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Portuqaliya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 12 milyon avrodur.