27 iyul 2024. Şənbə

"Mançester Yunayted" "Bavariya"nın 2 futbolçusunu "hədəf" alıb

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.


  • Transfer
  • 15:30 07.02.2024
  • Oxunma sayı: 78
"Mançester Yunayted" "Bavariya"nın 2 futbolçusunu "hədəf" alıb

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın rəhbərliyi yay transfer pəncərəsində alman oyunçu transfer etmək üçün təklif hazırlayır. Bundan əlavə, "Mançester Yunayted" Alphonso Daviesi də transfer etməyi hədəfləyib.

“Qırmızı şeytanlar” 38 xalla Premyer Liqa cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Kimmixin "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir. Nüfuzlu “Transfermarkt” internet portalı Coşuanın bazar dəyərini 75 milyon avro qiymətləndirir.Bu mövsüm almaniyalı Almaniya çempionatında 14 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Kimmix 2015-ci ildən "Bavariya"da çıxış edir.

Daviesin "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir. Nüfuzlu “Transfermarkt” internet portalı kanadalının bazar dəyərini 70 milyon avro qiymətləndirir.Bu mövsüm almaniyalı Almaniya çempionatında 27 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Alfonso 2018-ci ildən "Bavariya"da çıxış edir.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir