- Transfer
- 23:53 01.11.2024
"Borussiya Dortmund"un müdafiəçisi Tomas Meyerin "Trabzonspor"a keçidi rəsmiləşib.
90deqiqe.az xəbər verir ki, Trabzon klubu belçikalı sağ cinah oyunçu ilə 1,5 illik müqavilə imzalayıb. Futbolçu yeni klubunda ilk mövsüm üçün 850 min avro, növbəti mövsüm üçün və imza pulu da daxil olmaqla 2 milyon avro qazanacaq.
Meyer Super Liqa klubuna azad agent kimi keçib.
Qeyd edək ki, 2020-ci ildə PSJ-dən Dortmund təmsilçisinə keçən Tomas bu mövsüm 9 matçda iştirak edib.