27 iyul 2024. Şənbə

"Bavariya" uruqvaylını transfer etməkdə israrlıdır

"Bavariya" "Barselona"nın müdafiəçisi Ronald Arauxonu transfer etməkdə israrını davam etdirir.


  • Transfer
  • 21:56 07.02.2024
  • Oxunma sayı: 88
"Bavariya" uruqvaylını transfer etməkdə israrlıdır

"Bavariya" "Barselona"nın müdafiəçisi Ronald Arauxonu transfer etməkdə israrını davam etdirir.

90deqiqe.az "Sport"a istinadən xəbər verir ki, Münhen klubu bu yay transfer pəncərəsində uruqvaylı oyunçuya "Barselona"dakı maaşından iki dəfə çox maaş təklif etməyə hazırdır.

"Bavariya" yanvar ayında Arauxonu almağa çalışsa da, "blauqranalar" bu keçidə mane olmuşdu.

Araujo 2018-ci ildən "Barselona"da çıxış edir. Bu mövsüm müdafiəçi "blaugrana"nın heyətində bütün turnirlərdə 20 oyunda iştirak edib və bir qol vurub. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 70 milyon avrodur.

"Bavariya" Bundesliqada ikincidir və "Bayer"dən iki xal geri qalır.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir