24 oktyabr 2024. Cümə axşamı

Kostas Manolasın yeni klubu

"Roma" və "Napoli"nin sabiq müdafiəçisi Kostas Manolas "Salernitana"ya keçməyə yaxındır.


  • Transfer
  • 10:23 08.02.2024
  • Oxunma sayı: 103
Kostas Manolasın yeni klubu

"Roma" və "Napoli"nin sabiq müdafiəçisi Kostas Manolas "Salernitana"ya keçməyə yaxındır.

90deqiqe.az xəbər verir ki,  32 yaşlı futbolçu bu gün yeni klubu üçün tibbi müayinədən keçəcək və daha sonra rəsmi müqaviləyə qol çəkəcək.Yunanlı oyunçu İtaliya klubuna azad agent kimi qoşulacaq.

 Xatırladaq ki, Manolas "Əl-Şarja"dan ayrıldıqdan sonra hazırda azad agent statusundadır. Futbolçu demək olar ki, bir il yarım Birləşmiş Ərəb Əmirliklərində keçirib. Kostas "Roma"nın tərkibində 2017/18 mövsümündə Çempionlar Liqasının yarımfinalına yüksəlib. Mərkəz müdafiəçisi ən çox eyni püşkatma ilə Çempionlar Liqasının 1/4 finalında “Barselona”ya vurduğu qələbə qolu ilə yadda qalıb.







Transfer