24 oktyabr 2024. Cümə axşamı

"Arsenal" onu yenə icarəyə göndərdi

"Arsenal"ın cinah oyunçusu Markinyos karyerasını "Fluminense"də davam etdirəcək.


  • Transfer
  • 12:33 08.02.2024
  • Oxunma sayı: 110
"Arsenal" onu yenə icarəyə göndərdi

"Arsenal"ın cinah oyunçusu Markinyos karyerasını "Fluminense"də davam etdirəcək.

90deqiqe.az xəbər verir ki, braziliyalı oyunçu London klubunda özünü təsdiq edə bilmədiyi üçün növbəti dəfə icarəyə göndəriləcək.

Futbolçu daha əvvəl "Norviç" və "Nant"da icarə əsasında çıxış edib.

Topçular transfer bazarında xərcləmə güclərini genişləndirmək üçün yayda Markinyosu satmağı da planlaşdırır.

Ümumilikdə braziliyalı “Arsenal”ın heyətində 6 oyun keçirib. 20 yaşlı oyunçunun londonlularla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.







Transfer