- Transfer
- 18:38 24.11.2024
"İnter" klubu hücumçusu Lautaro Martinezlə yeni müqavilə üzrə potensial maaş məbləği ilə bağlı razılığa gələ bilmir.
90deqiqe.az "Football Italia"ya istinadən xəbər verir ki, argentinalı forvard “İnter”də mövsümdə 10 milyon avro qazanmaq istəyir, “neradzurrilər” isə ona cəmi 8 milyon avro ödəməyə hazırdır.
Qeyd edilir ki, buna baxmayaraq, tərəflər yaxın vaxtlarda əmək müqaviləsinin bağlanacağına əmindirlər. Milan klubunun nümayəndələri ilə futbolçunun agentləri arasında danışıqlar yaxın həftələrdə davam edəcəyi vurğulanıb.
Xatırladaq ki, Martines 2018-ci ildən "İnter"də çıxış edir. Bu mövsüm argentinalı "neradzurri"nin heyətində bütün rəsmi turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.