27 iyul 2024. Şənbə

"Qalatasaray"ın yeni transferi İstanbulda!


  • Transfer
  • 17:15 08.02.2024
  • Oxunma sayı: 103
"Qalatasaray"ın yeni transferi İstanbulda!

"Qalatasaray"ın anlaşdığı Derrik Köhn İstanbula gəlib. 25 yaşlı sol cinah müdafiəçisi səhhəti yoxlanıldıqdan sonra onu "Qalatasaray"la bağlayacaq müqavilə imzalayacaq.

90deqiqe.az xəbər verir ki, Qana əsilli alman sol cinah müdafiəçisi bu mövsüm 21 matçda meydana çıxıb və 3 qol və 6 məhsuldar ötürmə ilə komandasına töhfə verib. Köhn "Hannover"lə 2025-ci ilə qədər müqavilə imzalayıb.


"Bramfeld", "Hamburq" və "Bavariya"da çıxış edən 25 yaşlı futbolçu 2020-ci ildə Hollandiya təmsilçisi Villemə transfer olaraq A komanda səviyyəsində oynamağa başlayıb .

2022-ci ildə 500 min avroluq transfer qarşılığında “Hannover”ə imza atan Derrik Köhn Almaniya yığmasında 56 matçda 8 qol vurub, 12 məhsuldar ötürmə edib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir