- Transfer
- 01:06 15.07.2026
İspaniya millisinin sabiq hücumçusu Dieqo Kosta karyerasını "Qremio"da davam etdirəcək.
90deqiqe.az xəbər verir ki,tibbi müayinədən keçdikdən sonra 35 yaşlı forvard ilə 2024-cü ilin sonuna qədər müqavilə imzalanacaq.
Forvardın əvvəlki klubu yanvarın 1-də tərk etdiyi "Botafoqo" olub. Futbolçu daha əvvəl "Atletiko Madrid", "Çelsi" və "Vulverhampton"da çıxış edib.