24 oktyabr 2024. Cümə axşamı

"Beşiktaş"dan 2 transfer


  • Transfer
  • 20:35 09.02.2024
  • Oxunma sayı: 259
"Beşiktaş"dan 2 transfer

Türkiyə "Beşiktaş"ı heyətinə yeni futbolçular cəlb edib.

90deqiqe.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliya "Braqa"sının futbolçusu Əl-Musrati  və Polşa "Legiya"sından hücumameyilli yarımmüdafiəçisi Ernest Mucini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayılb.

22 yaşlı Ernest ilə 3,5 illik, 27 yaşlı Əl-Musrati ilə isə məcburi satın alma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

"Qara qartal"lar alban oyunçu üçün 10 milyon avro, libyalı oyunçu üçün isə mövsümün sonunda 12 milyon avro ödəyəcək

Ernest futbolçu mövsümü "Legiya" komandasında 34 matçda iştirak edib, 9 qol vurub və iki məhsuldar ötürmə edib. Əl-Musrati Portuqaliya klubunun heyətində 20 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.







Transfer