24 oktyabr 2024. Cümə axşamı

"Napoli" baş məşqçi postuna əsas namizədi müəyyənləşdirib

"Napoli" "Milan"ın hazırkı çalışdırıcısı Stefano Piolini komandanın baş məşqçisi postunda görməkdə maraqlıdır.


  • Transfer
  • 22:14 09.02.2024
  • Oxunma sayı: 99
"Napoli" baş məşqçi postuna əsas namizədi müəyyənləşdirib

"Napoli" "Milan"ın hazırkı çalışdırıcısı Stefano Piolini komandanın baş məşqçisi postunda görməkdə maraqlıdır.

90deqiqe.az "Calciomercato"ya istinadən xəbər verir ki, neapolluların prezidenti Aurelio De Laurentis 58 yaşlı mütəxəssisi ən uyğun namizəd kimi görür. Piolinin "Milan"la müqaviləsi gələn mövsümün sonuna kimi qüvvədə olsa da, italiyalının tərəflərin razılığı ilə hazırkı komandanı erkən tərk edə biləcəyi qeyd olunur.

Pioli 2019-cu ildən "Milan"ı çalışdırır. Onun rəhbərliyi altında komanda 2021/2022 mövsümündə İtaliya çempionu olub. “Rossonerilər” Çempionlar Liqasının 2022/2023 mövsümünün də yarımfinalına yüksəlib.

"Napoli" hazırda İtaliya çempionatının turnir cədvəlində yeddinci yerdədir. Valter Mazzarrinin yetirmələri 22 turdan sonra 35 xal toplayıb və lider “İnter”dən 22 xal geri qalırlar. Xatırladaq ki, parfenoplular ötən mövsüm 33 ildən sonra ilk dəfə Skudetto qazanmışdılar.







Transfer