18 dekabr 2025. Cümə axşamı

Şahruddinin komandasında yeni futbolçu


  • Transfer
  • 00:36 10.02.2024
  • Oxunma sayı: 181
Şahruddinin komandasında yeni futbolçu

Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" heyətinə daha bir futbolçu cəlb edib.

90deqiqe.az xəbər verir ki, Adana təmsilçisi Fransa "Nitsa"sının sağ cinah oyunçuus Yusuf Atalı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayılb.

27 yaşlı futbolçu ilə imzalan müqavilənin detalları açıqlanmayıb.

Əlcəzairli futbolçu Fransa klubunun heyətində bu mövsüm 6 matçda 362 dəqiqə meydanda qalıb və 1 məhsuldar ötürmə edib.







Transfer