24 oktyabr 2024. Cümə axşamı

"Çelsi"ni Barselona"ya dəyişir?

"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandez karyerasını İspaniyada davam etdirə bilər.


  • Transfer
  • 13:10 10.02.2024
  • Oxunma sayı: 93
"Çelsi"ni Barselona"ya dəyişir?

"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandez karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.az  "Sport.es"ə istinadən xəbər verir ki, argentinalı futbolçunun agenti müştərisinin"Barselona"ya keçmə ehtimalını müzakirə etmək üçün klubun nümayəndələri ilə əlaqə saxlayıb.

Bildirilir ki, Fernandez 2023-cü ilin qışında "Benfika"nın oyunçusu olarkən "Çelsi"yə keçməzdən əvvəl "blaugrana"da oynamaq arzusu olub.

Hazırda "Barselona"nın maliyyə vəziyyətinə görə argentinalı yarımmüdafiəçinin transferini ödəyə bilmədiyi və buna görə də ən çox ehtimal olunan variantın oyunçunu icarəyə götürmək olduğu vurğulanır ki, bu da gələn yayda reallaşa bilər.

Xatırladaq ki, Fernandez bu mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib, 6 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.







Transfer