- Transfer
- 18:40 23.11.2024
PSG-nin futbolçusu Neymar gələcəyi barədə açıqlama verib.
Corner.az xəbər verir ki, Fransa mətbuatına danışan 27 yaşlı futbolçu "Barcelona"ya keçmək istədiyini bir daha deyib.Braziliyalı hücumçu, PSG-nin hazırlığına qatılmaması ilə bağlı da danışıb:
“Doğrudur, PSG-dən ayrılmaq istəyirəm. Bu barədə klub rəhbərliyinə fikrimi bildirmişəm. Rioda işlərim olduğu üçün komandamın hazırlığına qatılmıram.PSG onlara sərf edən şərlə başqa klublarla danışıq aparmağıma icazə verib. Əgər “Barcelona”ya keçidim alınmasa, PSG-də çıxış etməyə davam edəcəm”.
Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barcelona”dan PSG-yə keçib.